23.10.2018/10:59; ŞƏMKİR SAKİNLƏRİNƏ LAYİQLİ XİDMƏT GÖSTƏRİLMƏSİ ƏSAS PRİORİTETİMİZDİR

ŞƏMKİR SAKİNLƏRİNƏ LAYİQLİ XİDMƏT GÖSTƏRİLMƏSİ ƏSAS PRİORİTETİMİZDİR

Ölkə Prezidenti cənab İlham Əliyevin İcra Hakimiyyətləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların şifahi qəbuluna xüsusi diqqət yetirilir.

Artıq hər kəsə yaxşı məlumdur ki, Şəmkir rayonunda vətəndaşlar rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edilir. Günün istənilən vaxtında müraciətləri dinlənilir və həlli istiqamətində müvafiq tapşırıqlar verilir. Bir ənənə şəklini almış fərdi qəbulların keçirilməsinin nəticəsidir ki, vətəndaşlar icra aparatına rahat şəkildə müraciət edə bilirlər. Çünki sakinlərin arzu və istəklərinə, qaldırdıqları problemlərə diqqətlə yanaşılır, onların həlli üçün qəti qərarlar qəbul edilir.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun bu gün keçirilən qəbulunda 79 nəfər rayon sakininin müraciəti dinlənilib, problemlərin həlli istiqamətində tədbirlər görülüb. Adiyyəti qurumlara tapşırıqlar verilib.

Onu da qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.