03.08.2018/09:14;Qazaxda kartof yığımına başlanılıb

Qazaxda kartof yığımına başlanılıb

Təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Bu günlər isə rayonda kartofçuluqla məşğul olan zəhmət adamlarının işləri daha çoxdur. Onlar becərdikləri sahələrdə yetişdirdikləri məhsulu yığmaqla məşğuldurlar. Əmək adamlarının aylardan bəri çəkdikləri zəhmət hədər getməyib. Hazırda sahələrdən bol məhsul yığılır.