03.08.2018/08:32; Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzovun iştirakı ilə birgə Yolqullar kənd sakinlərinin səyyar qəbulu keçirilmişdir

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzovun iştirakı ilə birgə Yolqullar kənd sakinlərinin səyyar qəbulu keçirilmişdir

Daşkəsəndə  ənənəvi hal alan, Rayon İcra Hakimiyyəti Başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problem və müraciətlərinin yerində həllinin tezləşdirilməsi əhali tərəfindən razılıqla qarşılanır.

01 avqust 2018-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Yolqullar kənd  sakinləri ilə səyyar qəbul keçirmişdir. Kənd ərazisində açıq havada baş tutan qəbulda rayonun başçısı Əhəd Abıyev, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edirdilər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərini salamdıqdan sonra çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Daşkəsən rayonunun Zağalı-Kollu-Çıraqlı avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatdırılması nəticəsində kənd sakinlərinin rayon mərkəzinə müasir səviyyədə əsaslı təmir olunan asfalt yolla rahat gedib-gəlməsini ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi  qiymətləndirdi.

Görüşdə kənd sakinlərinin qaldırdığı problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı Əhəd Abıyev aidiyyəti orqanlara müvafiq tapşırıqlar verdi, bəzi müraciətlər isə yerindəcə müsbət həll olundu.

Səsləndirilən müraciətlərə aydınlıq gətirən Əhəd Abıyev hazırda dövlətimiz tərəfindən kəndlər, onların perspektiv hərtərəfli inkişafı ilə bağlı çoxlu sayda proqramların həyata keçirildiyini, mərhələ-mərhələ reallaşdırılan həmin layihələrin bütün kənd yaşayış yerlərini əhatə edəcəyini vurğuladı.

Qəbulda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək bildirdi ki, belə səyyar qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir.

Yolqullar kənd sakinləri vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.