30.07.2018/12:31;24 iyul 2018-ci il tarixdə Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilmişdir

24 iyul 2018-ci il tarixdə Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilmişdir

24 iyul 2018-ci il tarixdə Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilmişdir. İclasda

  1. Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbinin direktoru İradə Bağırovanın “Gündəm xəbər” qəzetinin Qərb bölgəsi üzrə müxbiri Mehriban Ələsgərovaya qarşı şikayətinə baxılmışdır. Komissiya üzvləri müəyyən ediblər ki, Mehriban Ələsgərovanın  “Gündəm xəbər” qəzetində dərc etdirdiyi yazılarda özünün və çalışdığı orqanın reputasiyasını qorumamış balans prinsipini pozmuşdur.Uşaq musiqi məktəbinin rəhbərliyinin  tənqidi üzərində qurulan materiallar hazırlanarkən, faktların araşdırılmasına səy göstərilməmiş,  qarşı tərəfin mövqeyi öyrənilməmişdir. Bununla da dərc edilmiş yazılarda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının  prinsipləri pozulmuşdur.

  1. “Met-Ak” Məhdud Məsuliyyətli Cəmiyyətin az  portalına qarşı  müraciətinə də baxılmışdır. Komissiya üzvləri  tərəfindən  müəyyən edilmişdir ki, qeyd edilən xəbər saytlarında dərc edilən və “Met-Ak” MMC-də narahatlıq doğuran yazılara bildirilən iradlar haqlıdır. Sayt təmsilçisi qeyd etmişdir ki, yazılarda yer tutan xətalar anlaşmazlıqdan yaranıb və bu məqamları aradan qaldırmağa hazırdırlar. Bununla da, materiallardakı anlaşılşmazlığın aradan qaldırılması üçün hər iki tərəf arasında razılıq əldə edilmişdir.
  1. “Qazax rayon ictimaiyyəti” adından daxil olmuş  və “Yeni Musavat” qəzetində dərc edilmiş “Qazaxın icra başçısına ittiham -“Meşəni qırdırır” başlıqlı yazı  növbəti iclasın müzakirəsinə saxlanılmışdır. Komissiya üzvləri bildiriblər ki, müraciət müəllifləri qeyd edilən yazıdan narazılıqlarını ifadə etsələr də, narazılıq doğuran məqamlar barədə faktlar təqdim edilməmişdir. Komissiya tərəflərə  mövqelərini əsaslandıran faktları təqdim etməyi tövsiyyə etmişdir.