23.05.2018/10:44; Dövlət departamenti: ABŞ İrandakı rejimi dəyişməyə cəhd göstərmir

Dövlət departamenti: ABŞ İrandakı rejimi dəyişməyə cəhd göstərmir

ABŞ İrandakı rejimi dəyişməyə cəhd göstərmirlər, ölkənin gələcəyi ilə bağlı qərarı onun xalqı qəbul etməlid. Ria Novostiyə istinadən Vesti.Az bu barədə məlumat verir, Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nауert belə bildirib.

Bundan öncə amerika xarici siyasət idarəsinin rəhbəri Mayk Pомpео bildirib ki, iranlılar özləri üçün «hansı hökumətin istədiyini » özləri seçməlidir. O, qeyd edib ki, əgər bu baş verməsə, ABŞ Tehrana qarşı sərt mövqe tutmağı davam etdirəcək. Çərşənbə axşamı brifinq zamanı jurnalistlər Nауertə sual vermişlər ki, Pомpеоnun sözlərini ABŞ-ın İranda «rejim dəyişikliyinə» istəyi kimi başa düşmək olarmı.

«Düşünürəm ki, o, (Pомpео) deyir ki, bu, İran xalqının seçimindən asılıdır… Bizim siyasətimiz heç də rejimi dəyişməkdən ibarət deyil», brifinqdə Nауert belə deyib.