01.05.2018/11:18; ABŞ «dünya polisi» statusundan imtina edir

ABŞ «dünya polisi» statusundan imtina edir

Birləşmiş Ştatlar artıq dünya polisi olmayacaq və bunun üçün böyük pullar sərf olunmayacaq. Bu barədə ABŞ prezidenti Donald Тrаmp bildirib.

«Biz hamımız dünya polisi olmaq istəmirik. Biz onilliklər ərzində dünyada asayişin qorunub saxlanması üçün külli miqdarda pul xərcləmişik və bu, bizim prioriteimizt olmamalıdır. Biz özümüzdə qayda-qanun yaratmaq istəyirik, biz ölkəmizi bərpa etməyə hazırlaşırıq», — ABŞ prezidenti belə bildirib.

Bu bəyanat Nigeriya prezidenti Məhəmməd Buxari ilə Trampın birgə mətbuat konfransında edilib, RİA Novosti belə xəbər verir.