04.04.2018/22:00; General Safonov Qarabağ haqqında başqalarının susduqları bütün həqiqətləri danışdı

General Safonov Qarabağ haqqında başqalarının susduqları bütün həqiqətləri danışdı

Starovoytova mütəmadi olaraq Qarabağa gəlmiş və orada təxribatlar törətməyə cəhd etmişdi

30 il bundan əvvəl bu günlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində hadisələr baş vermişdi. Hadisələrin kifayət qədər keçmişdə baş verməsinə baxmayaraq, o dövrün hadisələri indiyə qədər xüsusi maraq və qızğın müzakirələr obyekti predmeti kimi qalmaqda davam edir.

DQMV-nin xüsusi vəziyyət rayonunun ilk komendantı general-mayor Vladislav Safonov, hazırda Rusiyada yaşayır. O bu vəzifədə 1988-ci ilin mayından1990-cı ilin dekabrına kimi çalışıb. Çox mürəkkəb şəraitdə Safonov özünün şəxsi iştirakı ilə böyük qan tökülməsinin qarşısını alaraq, nisbi stabilliyi təmin edə bilib. Münaqişənin necə inkişaf etməsi və bu şəraitdə əməliyyat şəraitinə nəzarət edə bilməsi barədə Vladislav Safonov bu gün «Sputnik Azərbaycan» beynəlxalq mətbuat mərkəzində danışıb.

Vesti.Az-ın müxbirinin məlumatına görə, general bildirib ki,o çətin şəraitdə amma dəqiq çalışıb, .

«Mən Dağlıq Qarabağı 1990-ci il dekabrın 12-də tərk etdim. 1990-ci ildə Bakı Xankəndində SSRİ-nin regionlarının nümayəndələrinin iştirakı ilə konfrans və müşavirələr keçirirdi və orada göstərilirdi ki, Dağlıq Qarabağ Azərbaycan SSR-in ərazisidir, Xankəndi — Azərbaycan şəhəridir və bunda heç bir şübhə yoxdur. Mən xüsusi vəziyyət rayonunun komendantı kimi, əlimdən gələni edirdim ki, DQMV-nin azərbaycanlı əhalisi ermənilər tərəfindən zorakılığa məruz qalmasın. Qalanlarını siz özünüz yaxşı bilirsiniz», — general belə deyib.

General həmçinin 1991-ci ilin aprelində Rostovda ona sui-qəsd edilməsi barədə də danışıb.

«Mənə qarşı ən ciddi sui-qəsd cəhdi 1991-ci ilin aprel ayında Rostov-Donda göstərildi. Amma onda erməni terrorçuları guya səhvən Блахотина polkovnik Blaxotinanı güllələdilər və onun sürücüsünü yaraladılar. Bu aksiyanın ifaçıları, görülən operativ tədbirlər nəticəsində saxlanıldılar və məhkəmə qarşına çıxarıldılar», — o belə deyib.

General vurğulamışdır ki, ermənilər vaxtaşırı Qarabağa gəlmiş və orada təxribatla törətməyə cəhd etmiş rtanınmış hüquq müdafiəçisi Qalina Starovoytovanın köməyini hiss etmişlər.

«Mənə qarşı sui-qəsd cəhdinin müzakirə olunduğu SSRİ Ali Sovetinin sessiyasında Starovoytova bəyanatla çıxış edərək demişdir ki, general Safonova ekstremistlər deyil, «xalq intiqamçıları» süi-qəsd etmişlər, — general belə deyib.