23.03.2018/09:05; Ərdoğanla Tramp ABŞ və Türkiyə münasibətlərini müzakirə ediblər

Ərdoğanla Tramp ABŞ və Türkiyə münasibətlərini müzakirə ediblər

Birləşmiş Ştatlar və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donal Tramp arasında telefon danışığı keçirilib. Bu barədə Türkiyə liderinin mətbuat katibi İbrahim Kalin bildirib.

İlkin məlumatlara görə, söhbət zamanı tərəflər gündəmdə duran ikitərəfli münasibətləri və regional aktual məsələləri müzakirə ediblər, Türkiyə KİV-ləri bu barədə yazır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu ilə birgə Afrində hərbi əməliyyatlara başlamışlar. «Zeytun budağı» adı almış bu əməliyyat kürd qruplaşmalarına qarşı yönəlmişdir.

Rusiya vəziyyətlə bağlı Afrində bütün tərəfləri təmkinli olmağa və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırmışdır. Mart ayının 18-də Türkiyə Silahlı Qüvvələri və ASO Afrin şəhərini PYD və YPG terrorçularından azad etmişlər.