15.03.2018/14:33;Zaxarova Rusiyanın Qarabağ mövzusunu kiminlə müzakirə etdikləri barədə danışıb

Zaxarova Rusiyanın Qarabağ mövzusunu kiminlə müzakirə etdikləri barədə danışıb

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını bir sıra tərəfdaşları ilə, o cümlədən region ölkələri ilə müzakirə edir. Bu barədə martın 15-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə martın 14-də Moskvada Rusiya və Türkiyə Xarici İşlər nazirlərinin görüşündə Qarabağ mövzusunun gündəmə gəlməsi sualını cavablandırarkən bildirib,

«Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu bir çox tərəfdaşlarımız ilə müzakirə olunur. Söhbət ATƏT-in Minsk qrupunun həmsədrləri və həm də region ölkələri haqqında gedir. Bu normaldır, bu, diplomatik işin bir hissəsidir», diplomat belə qeyd edib.

Qondarma Dağlıq Qarabağın prezidenti Bako Saakyanın ABŞ-da görüşlərdə olması məsələnə aydınlıq gətirən Zaxarova bu sualı amerika tərəfinə ünvanlamağı məsləhət görüb.

«Mən yalnız onu deyə bilərəm ki, biz münaqişənin nizamlanması üzrə mövcud razılaşmalar çərçivəsində bütün öhdəliklərimizə sadiqik və bu çox mürəkkəb problemin həllinə tamformatlı həllinə fəal kömək etməyə çalışırıq», o belə əlavə edib.