15.03.2018/11:30; Putinin ideoloqu Qarabağ probleminin həlli haqqında: «Gizli müqavilə mövcuddur» «Bu, çox incə məsələdir»

Putinin ideoloqu Qarabağ probleminin həlli haqqında: «Gizli müqavilə mövcuddur» «Bu, çox incə məsələdir»

«Dağlıq Qarabağ problemi — erməni və azərbaycan xalqlarının problemidir. Bu, təkcə dövlətlər arasında münasibətlər deyil, həm də xalqlar arasında münasibətlərdir. Bu halda şərti olaraq Türkiyənin Azərbaycan tərəfindən, İranın Ermənistan tərəfindən və Rusiyanın həm Azərbaycanın, həm də Ermənistan tərəfindən şərti iştirakını söyləsək, — o zaman bu prinsipcə işləyə bilər. Niyə də yox».

Vesti.az-ın xəbər verdiyi kimi, bu barədə «Beynəlxalq avrasiya hərəkatının» rəhbəri, tanınmış rus millətçisi, politoloq Aleksandr Duqin, Ermənistanın Birinci İnformasiya mənbəyə müsahibəsində bildirib.

Əsas məsələ odur ki, regionun problemlərinin başa düşməyən və öz milli problemlərinin həllini öyrənməyən, öz işlək və fəal olmayan standartları ilə məsələni həll etmək istəyən Qərbii mümkün qədər kənarlaşdırmaq lazımdır. Rusiya, Türkiyə, İran kimi çoxmillətli, milli və dini qruplar arasında qarşılıqlı əlaqədə böyük təcrübəyə malik avrasiya dövlətləri isə, belə məsələlərdə bir-birini tamamlaya bilər.

Məsələn, Rusiya — təkcə xristian ölkəsi deyil. Bəli, biz pravoslav ölkəsiyik, amma bizim ölkəmizdə çoxlu sayda müsəlmanlar yaşayır, ona görə də biz müsəlmanlara düşmənlərimiz kimi baxa bilmərik. Türkiyə və İran müsəlman ölkələridir, ancaq Türkiyə milli birlik əsasında azərbaycanlılarla bağlıdır, İran isə hind-avropa və tarixi köklər üzərində ermənilərlə birlik yaradılıb, üstəlik, İranın «Cənubi Azərbaycan» problemi var. Beləliklə, bu münaqişədə, bu üçbucaqda hər bir tərəfin öz maraqları və prioritetləri var və biz isə onların konsolidasiyasiyası və onların məsələni daha diqqətli və rahat dərk etməsi sayəsində Qarabağ probleminin həllinə nail olarıq, xüsusən də ki, rayonların işğaldan azad olunması alqoritmi hazırlanıb. Çoxları bunu Qarabağın verilməsini kimi şərh edirlər, lakin bu belə deyi. Xeyr, məsələ tamamilə başqa cürdür: Söhbət Bakı və İrəvan arasında konstruktiv dialoqun başlanması haqqında gedir.

Mən başa düşürəm ki, həm Yerevanda, həm də Bakıda «konstruktiv dialoq» böyük səs-küyə səbəb olur, bu da tam anlaşılandır. Bu, çox incə məsələdir.

Amma bir rus kimi, deyə bilərəm ki, buna baxmayaraq, biz istərdik ki, bu konstruktiv dialoq başlasın. Azərbaycanın beş və ya yeddi regionunın qaytarılması, erməni tərəfdən gərginliyin aradan qalxdırılması istiqamətində xoşməraml, ımühüm, hətta həlledici addım kimi nümayiş oluna bilər. Bundan sonra hərbi münaqişə təhlükəsi xeyli azalmış olacaq. Mən ona diqqət yetirmişəm ki, beş regionun verilməsisi layihəsi Azərbaycan, Rusiya və Ermənistan mətbuatında adekvat şərh edilmir.

Amma belə bir layihə yoxdur. Madrid prinsipləri var. Demək istəyirsiniz ki, belə bir layihə var?

Bəli, beş rayonun verilməsi haqqında müqavilə var. Bu barədə — Rusiya, Azərbaycan və Ermənistanın prezidentləri danışmışlar. Amma bu üç ölkədə bu müxtəlif cür izah edilir. Azərbaycan mətbuatında bu müzakirə qələbəsi kimi dəyərləndirilir — «biz ermənilərdən torpaqları geri alacağıq «, erməni mətbuatında isə bunu xəyanət hesab edirlər, rusiya mətbuatı isə buna tamamilə biganə yanaşır.

Maraqlıdır ki, bütün dünya ictimaiyyəti, o cümlədən Putinin baş ideoloqu anlayır ki, işğal olunmuş ərazilər qaytarılmadan Qarabağ münaqişəsinin həlli haqqında danışmağa belə dəyməz.