12.03.2018/11:19; Ərdoğan: NATO nə vaxt özünü göstərəcək və Türkiyəni dəstəkləyəcək?

Ərdoğan: NATO nə vaxt özünü göstərəcək və Türkiyəni dəstəkləyəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Suriyaya münasibətlə bağlı mövqeyini sərt tənqid edib.
«NATO-da nə vaxta qədər Suriyada baş verənləri inkar edəcəklər?

Alyans sərhədləri Suriya ərazisindən terrorçuların hücumlarına məruz qalan Türkiyəyə nə zaman dəstək göstərmək niyyətindədir»?, Bolu vilayətində çıxışı zamanı Ərdoğan belə bildirib, Anadolu agentliyi bu barədə xəbər verir.

Onun sözlərinə görə, Bəşər Əsəd rejimi terrorçularla oxşar metodlara əl atır. «NATO nə vaxt özünü göstərəcək? Mən nə qədər belə çağırışlarla çıxış etməliyəm»?, — deyə Ərdoğan bildirib və xatırladıb ki, Türkiyənin Suriya ilə sərhədlərinin uzunluğu 911 km təşkil edir.