06.03.2018/14:10; Şərqi Quta yaraqlılarına evakuasiya etmələri təklif olunub

Şərqi Quta yaraqlılarına evakuasiya etmələri təklif olunub

Rusiya hərbçiləri Dəməşqin şəhərətrafı Şərqi Quta rayonunda yerləşən yaraqlılarına anklav vəziyyətindən çıxmaq üçün «təhlükəsiz dəhliz» təklif edib. Üsyançılar ailələri və yüngül atıcı silahlarla evakuasiya edə bilər, Reuters agentliyi belə xəbər verir.

Rusiya müdafiə nazirliyi müxalifətin silahlı birləşmələrinin yaraqlılarına Şərqi Quta ərazisini tərk edəcəyi halda nəqliyyat, təhlükəsizlik zəmanəti və məhkəmə təqibindən immunitetlə təmin etməyə söz verir, Reuters belə qeyd edir.

KİV-lərin verdiyi məlumata görə, Suriyanın hökumət qoşunları Şərqi Quta rayonunda davam edən hərbi əməliyyatlar zamanı xeyli irəliləyişə nail olmuş, Dəməşq şəhərindən şərqdə şəhərətrafı qəsəbənin bütün ərazisinin təxminən 36% -ni İŞİD yaraqlılarından təmizləmişlər. SƏR hərbi komandanlığının məlumatına görə, qoşunlar müxtəlif silahlı qruplaşmaların əlində olan şərq və qərb ərazilərə hücumlarını davam etdirirlər. Hökumət qüvvələri öz aralarında birbaşa quru əlaqəsi yaratmaq və yaraqlıları iki hissəyə şimal və cənub hissələrə parçalamaq üçün təxminən 3 km məsafəni qət etmək qalır.