03.03.2018/12:59; Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qarabağ separatçılarının danışıqlara qoşulmasına münasibəti

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qarabağ separatçılarının danışıqlara qoşulmasına münasibəti

» Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın mövqeyi məlumdur». APA-nın Moskva müxbirinin xəbər verdiyi kimi, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 Dağlıq Qarabağın separatçı rejiminin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə qoşulmasına dair jurnalistin sualına M Zaxarova belə cavab vermişdir: «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur və bizim bu mövqeyimiz hamıya bəllidir».