01.03.2018/16:14; BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqqında

BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqqında

BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir.

«Armenpress» agentliyinə istinadən Vesti.az saytının verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Antoniu Quttereş BMT yanında Ermənistanın daimi nümayəndəsi Zöhrab Mnatsakanyan ilə görüşü zamanı belə bildirib.

«BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə BMT-nin dəstəyinin dəyişməz olduğunu təsdiq edib», — məlumatda belə deyilir.