25.02.2018/22:43;Türkiyə hərbçiləri Suriya ilə olan bütün sərhədi nəzarətə götürüblər

Türkiyə hərbçiləri Suriya ilə olan bütün sərhədi nəzarətə götürüblər

Hatay və Kilis rayonlarından olan türk hərbçilər Suriyanın Afrin bölgəsinin ətrafında aypara şəklində birləşdilər.
Habertürk telekanalının məlumatına görə, yanvarın 20-dən davam edən dörd mərhələdən ibarət olanTürkiyənin Suriyada «Zeytun budağı» əməliyyatlarının birinci hissəsi başa çatır.

Aralıq nəticələrini şərh edərkən, Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, Ankara təkcə öz vətəndaşlarının təhlükəsizliyini və ərazi bütövlüyünü qorumur, o həm də regionda vəziyyətin sabitləşməsinə mühüm töhfə verir.

Onun sözlərinə görə, əməliyyat regionu terrorçulardan azad etməyə kömək edib və minlərlə qaçqının öz evlərinə qayıtmağına imkan verəcək.

«Suriyanın bu rayonlarının PKK/PYD/YPG-İŞİD terrorçularından azad edilməsindən sonra əvvəllər bu ərazilərdən Türkiyəyə qaçan 350 minə yaxın sakini vətənə qayıda biləcəklər», Yıldırım belə deyib.