20.02.2018/22:35;Elmar Məmmədyarov AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Avropa ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyətinin görüşü keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Danışıqlar çərçivəsində tərəflər Azərbaycanla AB arasında münasibətlərin cari vəziyyətini müzakirə edib və əməkdaşlığın inkişafından razı qaldıqlarını bildiriblər.

Söhbət zamanı tərəflər belə bir qənaətə gəlmişlər ki, ki, AB və Azərbaycan arasında enerji sektoru ilə yanaşı, nəqliyyat və təhlükəsizlik sahəsində dialoq mexanizmi, əməkdaşlığın inkişafında mühüm addımdır. Azərbaycan XİN başçısı və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycan və AB arasında strateji tərəfdaşlıq haqqında saziş üzrə danışıqlara da toxunmuşlar.
.
Bundan əlavə, E.məmmədyarov həmsöhbətinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların cari vəziyyəti haqqında məlumat vermiş və qeyd etmişdir ki, münaqişə Helsinki yekun aktı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyü, suverenlik və sərhədlərin beynəlxalq səviyyədə tanınması çərçivəsində həll olunmalıdır.

Bundan başqa, Azərbaycan xarici siyasət idarəsinin başçısı münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulmasının vacibliyini vurğulamışdır.