12.02.2018/22:13; Moqerini: «Avropa İttifaqı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir»

Moqerini: «Avropa İttifaqı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir»

«Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir».
APA-nın məlumatına görə, Avropa İttifaqı-Azərbaycan əməkdaşlıq Şurasının 15-ci iclasından sonra bu barədə Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini birgə mətbuat konfransında bildirib.

Moqerini onu da bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır: «Bu gün biz əlaqələrimizin ümumi vəziyyətini və ikitərəfli əməkdaşlığın aspektləri müzakirə etmişik».