10.02.2018/23:56; Tillerson Türkiyədə Afrindəki vəziyyəti müzakirə edəcək

Tillerson Türkiyədə Afrindəki vəziyyəti müzakirə edəcək

ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Suriya Afrini ilə bağlı vəziyyəti müzakirə etmək niyyətindədir. Bu barədə Ria Novostiyə istinadən APA-nın verdiyi xəbərə görə, dövlət departamentinin yüksək vəzifəli nümayəndəsi belə bildirib.

«Dövlət katibi Ankarada ikitərəfli münasibətlərdə mürəkkəb məsələləri qaldırmağı, həmçinin regional mövzuları, qismən də Afrində vəziyyəti müzakirə etməyi planlaşdırır», dövlət departamentinin nümayəndəsi telefon brifinqi zamanı belə bildirib.

Amerika diplomatiyasının başçısı gələn həftə bölgəyə turne zamanı Ankaraya səfər edəcək. Həmçinin o, İordaniya, Livan, Misir və Küveytdə olacaq.