10.02.2018/07:14; Bakı: ATƏT-in Minsk qrupu Yerevana siyasi təzyiqlər göstərməlidir

Bakı: ATƏT-in Minsk qrupu Yerevana siyasi təzyiqlər göstərməlidir

Qarabağ münaqişəsinin həlli regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, regional əməkdaşlığın tam formalaşmasına kömək edə bilər. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov «Le Journal Du Parlement» jurnalına müsahibəsində deyib.

«İlk növbədə, Ermənistan əhalisi regional əməkdaşlıq imkanlarından istifadə edə biləcək. Bunun üçün işğalı dayandırmalı, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməli və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına şərait yaratmalıdır.. Eyni zamanda sülh haqqında danışmaq və işğal siyasətini davam etdirmək ciddi sayıla bilməz. Nəhayət, Ermənistan rəhbərliyi başa düşməlidir ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsi qəbuledilməz və yolverilməzdir», — APA-nın məlumatına görə o belə deyib, .
Nazir təəssüflə bildirib ki, Minsk qrupu tərəfindən keçirilən prosesi nəticə verməyib: «Biz münaqişənin nizamlanması istiqamətində Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik, lakin daha qəti və sanballı addımların atılmasına ehtiyac var. Birgə səylərimizlə münaqişənin nizamlanmasının mərhələli yol xəritəsi hazırlanıb. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan danışıqlar prosesini pozmasına yol verməməsi üçün öz mövqeyində möhkəm dayanmalıdır. Onlar siyasi və diplomatik təzyiq vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir. Bu halda danışıqlar prosesində irəliləyişə nail olmaq mümkündür».
Məmmədyarovun sözlərinə görə, hazırda danışıqlar prosesində müəyyən intensivlik, dəqiq və məntiqi ardıcıllıq hiss olunur. «İşğala və bir milyondan artıq vətəndaş barəsində etnik təmizləməyə məruz qalan tərəf kimi, Azərbaycan münaqişənin tezliklə həllində daha çox maraqlıdır», o belə bildirib