02.02.2018/22:11; İsrail prezidenti BMT-də Xocalı faciəsini xatırlatdı

İsrail prezidenti BMT-də Xocalı faciəsini xatırlatdı

İsrail prezidenti Reuven Rivlin, BMT Baş Assambleyasında Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Xocalıda baş verən faciəli hadisələri xatırladıb. Bu barədə İsrail XİN rəsmi saytında bildirilir.

Rivlinin sözlərinə görə, bu gün özümüzdən soruşmaq lazımdır ki, fəaliyyətdə olan assambleyanın soyqırımlar ilə mübarizə aparmaq üçün güçü kifayətdirmi.

«Bəs bu mübarizə Bosniyada olan soyqırımın qarşısını almaq üçün kifayət qədər səmərəli olubmu? Görəsən, Xocalıda insanların həlak olmasının qarşısını almaq üçün səmərəli şəkildə fəaliyyət göstəribmi? Əfqanların Taliban tərəfindən öldürülməsinin qarşısını almaq üçün nə edib»?! -oxu.az prezidentin sözlərini sitat gətirir.

Rivlin həm də bu sırada Suriya və Nigeriya kimi «qaynar nöqtələr»i dı xatırladıb.

İsrail prezidenti qeyd edib ki, göz yaşları həddindən çox tökülür və real işlər isə çox az görülür.