31.01.2018/22:13; Avropa İttifaqı Bakı-Tiflis-Qars layihəsi ilə maraqlanıb

Avropa İttifaqı Bakı-Tiflis-Qars layihəsi ilə maraqlanıb

Avropa ittifaqı Asiya istiqamətində, yaranan yeni nəqliyyat dəhlizlərinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ) potensialından istifadə etmək fikrindədir. Bu barədə  Bakıda keçirilən mətbuat konfransında Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Хоlоley bildirib.

O qeyd edib ki, Avropa İlə Asiya arasında mühüm dəhliz olan BTQ yüksək ticarət potensialına malikdir. Bundan başqa, Хоlоley Azərbaycanın Aİ-nin maraqları çərçivəsində tədricən regional nəqliyyat və logistika şəbəkəsinə çevrilməsini diqqətə çəkib.

«BTQ Avropanı ilə Asiyanı birləşdirir, malların çatdırılması üçün vaxtı və məsafəni azaldır. Aİ belə yeni dəhlizlərin, o cümlədən BTQ-nin potensial imkanlarından istifadə etməklə qazanc əldə etmək istəyir. Yeni dəmir yolunun yaradılması həm də ekologiya baxımından vacibdir», — o belə bildirib.