26.01.2018/23:51; Rusiyalıların xarici aktivləri barədə Federal Vergi Xidmətinə məlumat veriləcək

Rusiyalıların xarici aktivləri barədə Federal Vergi Xidmətinə məlumat veriləcək

Bu il rusiyalıların xarici aktivləri barədə Federal Vergi Xidmətinə məlumat veriləcək. Amma İsveçrə banklarında hesab sahibləri arasında məxfiliyin qalmaq şansı var.
Avtomübadilə nədir və o kimə şamil ediləcək?
2016-ci ilin mayında Rusiya maliyyə informasiya mübadiləsi barədə sazişi imzalayıb. Bu o deməkdir ki, rusiyalılar və rusiya şirkətlərinin xarici hesabları haqqında Federal Vergi Xidmətinə məlumat veriləcək. Federal Vergi Xidməti əvvəllər də, xarici hesablar barədə məlumat ala bilərdi ancaq bu yalnız sorğu vasitəsilə həyata keçirilməli idi . Hazırda isə bu avtomatik olaraq baş verəcəkdir — məlumat ildə bir dəfə göndəriləcək.