24.01.2018/21:59;Erməni ekspert: 2-4 ildən sonra Rusiya Ermənistanı məcburi surətdə tərk edəcək

Erməni ekspert: 2-4 ildən sonra Rusiya Ermənistanı məcburi surətdə tərk edəcək

2-4 ildən sonra Rusiyanın ümimiyyətlə məcburi şəkildə regionu tərk etmək ehtimal böyükdür- erməni eksperti Arman Melikyan buna əmindir.

«Yox bu biz çalışdığımız iş deyil, lakin vaxt keçdikcə daralır. Belə şəraitdə bizim sərhədlərimiz üzərində nəzarəti tam öz üzərimizəə götürməməyimiz ən azı uzaqgörən olmamağımız olacaq», — deyə Melikyan bildirib.

Melikyan qeyd edib ki, kim bu imkanı təsəvvür edə bilmirsə, həmin şəxslərdə şok reaksiya yarana bilər. .
«Amma biz realist olmalıyıq. Mən heç düşünmək istəməzdim ki, Ermənistanda Rusiyanın iştirakını saxlamaq istəyən insanlar, ruslar gedəndən sonra gedəcəklər, amma biz buna hazır olmalıyıq ki, bizim müttəfiqimiz bir gün Ermənistandan getməyə məcbur olacaq . Bu gün Ermənistan sərhəd qoşunlarının hissələri ülə öz sərhədlərinin müdafiəsini müstəqil həyata keçirmək iqtidarındadır», — o belə bildirib.

Xatırladaq ki, bu yaxınlarda Yerevanda Ermənistan sərhədlərinin mühafizəsi məsələsinin müzakirə edildiyi «dəyirmi masa» təşkil olunub. «Erməni fəalların» tələbi isə sərhədlərin qorunmasını Rusiya Federal Təhlükəsizlik Xidmətinin əlindən alınıb Ermənistan milli təhlükəsizlik xidmətinə verilməsi çağırışı olub.