20.01.2018/22:30; Rusiya Azərbaycana müasir silahlar göndərdi- VİDEO

Rusiya Azərbaycana müasir silahlar göndərdi- VİDEO

Hərbi texnika və sursat cəbhə xəttində yerləşən hərbi hissələrə təhvil veriləcək. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında hökumətlərarası sazişə əsasən, Rusiya istehsalı olan müasir döyüş texnikasının Azərbaycana gətirilməsi planauyğun şəkildə davam etdirilir.



Müdafiə Nazirliyinin saytına istinadən Vesti.az-ın verdiyi məlumata görə , yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəyə daxil olub. Rusiyadan gəmilərlə Bakı limanına gətirilmiş çoxlu miqdarda müasir hərbi texnika və sursat kompleks şəkildə qəbul edildikdən sonra qısa müddətdə cəbhə xəttində yerləşən hərbi hissələrin istifadəsinə veriləcək.

Qeyd edək ki, dağ şəraitində döyüş əməliyyatları zamanı böyük atəş imkanları və yüksək ötürücülüyü olan hərbi texnikanın bu növü 2016-ci ilin aprelində döyüş əməliyyatları zamanı uğurla tətbiq olunmuşdur. Düşmənin çoxlu sayda canlı qüvvənin texnika və digər vasitələrin məhv edilməsi onun yüksək effektivliyini göstərmişdir.