15.01.2018/00:48; İran XİN: Nüvə razılaşmasına yenidən baxıla bilməz

İran XİN: Nüvə razılaşmasına yenidən baxıla bilməz

İranın Xarici İşlər Nazirliyi i 2015-ci ilin yul ayında Tehranın nüvə proqramı ilə bağlı ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İran arasında bağlanmış sazişlə bağlı bəyanat yayıb. Qəbul olunmuş birgə hərtərəfli fəaliyyət planına uyğun olaraq şərtlər dəyişdirilə bilməz və rəsmi Tehran bu beynəlxalq sənədin yenidən baxılması ətrafında danışıqlar aparmaqdan imtina edir .

İranın Tasnim xəbər agentliyi həmçinin bildirir ki,, Xarici İşlər Nazirliyində xəbərdarlıq etmişlər ki, «hər hansı digər məsələ ilə bağlı » birgə hərtərəfli fəaliyyət planında dəyişikliyə gedilməyəcək.

Bundan öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan etmişdir ki, ABŞ prezidenti Donald Trump hərəkətləri nüvə sazişini «pozmağa cəhd kimi» dəyərləndirilir və o qeyd edir ki, bu məsələyə yenidən baxıla bilməz.