10.01. 2018/06:37;Diyarbəkirdə PKK əleyhinə genişmiqyaslı əməliyyat aparılır

Diyarbəkirdə PKK əleyhinə genişmiqyaslı əməliyyat aparılır

Türkiyə silahlı qüvvələri Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı irimiqyaslı əməliyyata başlayıblar. Əməliyyat ölkənin cənub-qərbindəkiDiyarbəkir əyalətində həyata keçirilir, Türkiyə KİV-ləri bu barədə məlumat verir.. Əməliyyatlar zamanı bu əyalətin 69 kəndində komendant saatı elan edilib.

Bundan əvvəl PKK ilə mübarizə çərçivəsindəTürkiyənin cənub-şərqində yerləşən iki əyalətində — Batman və Şırnakda komendant saatı elan edilmişdir. Bundan başqa, dünən məlum olub ki, Türkiyənin digər cənub-şərq əyalətlərində lokal hərbi əməliyyatların aparılması istisna olunmur.