10.01. 2018/06:15; Sarkisyan xəstəxanaya düşüb?

Sarkisyan xəstəxanaya düşüb?

Prezident administrasiyasında yeni il bayramı günlərində Ermənistan dövlət başçısı Serj Sarkisyanın səhhətinin ağır olması ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi barədə KİV-lərin yazılarına şərh vermişlər.

«Bu məlumat həqiqətə uyğun deyil. Prezident yüngül soyuqluyub.Bu müddət ərzində o, evdə olmuşdur», — Serj Sarkisyanın mətbuat katibi Vladimir Akopyan belə bildirib.

«Jamanak» erməni qəzeti yazır ki, dövlət başçısı Milad bayramında xəstəxanaya yerləşdirilməsi səbəbindən kilsə ziyarəti tədbirində iştirak edə bilməyib.