10.01. 2018/05:55; Dünyanın ən varlı adamının adı açıqlandı

Dünyanın ən varlı adamının adı açıqlandı

Bloombergin mülahizəsinə görə, dünyanın ən varlı adamı, Amazon.com şirkətinin yaradıcısı Cef Bezos olub.
Ria Novostiyə istinadən vesti.az-ın verdiyi məlumata görə,, onun varidatı 2018-ci ilin əvvəlinə 105,1 milyard dollara çatıb. Sahibkar həmçinin Blue Origin özəl aerokosmik agentliyin və The Washington Post nəşriyyat evinin sahibidir.

Microsoft Şirkətinin yaradıcısı Bill Qeyts (93,3 milyard dollar), investor Uorren Baffet (87,2 milyard) Facebookun yaradıcısı Mark Tsukerberq (77,5 milyard), həmçinin Inditex şirkətinin keçmiş rəhbəri Amansio Orteqa (76 milyard) reytinqdə Bezosun ardınca,gedirlər.

2018-ci il yanvarın 9-nə olan məlumata görə, Amazon.com-un bir aksiyası 1246 dollara bəradərdir ki, bu da onlayn-platforma üçün bir tarixi maksimumdur. İnternet-mağazanın təxminən 79 milyon səhmi sahibkara məxsusdur.