06.01. 2018/04:38; Gürcüstan Rusiya qazından rəsmən imtina edib

Gürcüstan Rusiya qazından rəsmən imtina edib

Gürcüstan Rusiya qazından rəsmən imtina edib. Gürcüstanın 2018-ci il üçün təbii qaz balansı dərc olunub. Respublika Rusiyadan qaz almaqdan imtina edir. Rusiyadan alınan qazın həcmi Azərbaycan qazı ilə əvəzlənəcək.

Proqnozlaşdırılan 2,689 mlrd. kubmetr Azərbaycan qazının 2,68. mlrd. kubmetri ölkəyə gələcək. Həmçinin, Sputnik-Qruziya nəşri həmçinin yazır ki, ölkənin özündə 9,4 mln. kubmetr qaz hasil olunacaq.

Qaza olan tələbatın proqnozlaşdırılan həcmi isə 2,659 mlrd. kubmetr (artım 9%) təşkil edəcək.