05.01. 2018/06:20; Ermənistanda miqrasiya fəlakəti

Ermənistanda miqrasiya fəlakəti

Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi sosial partlayışa vəəhalinin inqilabi əhval-ruhiyyəsinin artmasına səbəb ola bilər, — avropa inteqrasiyası üzrə parlamentin daimi komissiyasının sədri, «Tsarukyan» blokundan olan deputat Naira Zoqrabyan belə bildirib.

» İlkin tələbat məhsullarının qiymət artımı «olimpiya sıçrayışları ilə» davam edir. Hökumətin siyasəti tamamilə səmərəsizdir və bütün bunlar nə ilə nəticələnəcək, bunu mən deməyə çətinlik çəkirəm», — deyə Zoqrabyan bildirib və onu da əlavə edib ki, ölkədən mühacirət faciəli hal alır, yoxsulluğun və işsizliyin səviyyəsi isə sürətlə artır, — news.am bu barədə xəbər verir.

Millət vəkilinin fikrincə, bütün bunlar öz həllini tapmalıdır və hansısa şəkildə həll olunmalıdır. Xalqı küçələrə çıxacaqmı, bunu demək çətindir. Son illərdə ölkəmizdə hansısa daxili süstlük hökm sürür: İnsanlar «ayaqları ilə etiraz etiraz etməyə üstünlük verərək», hər vəchlə ölkəni tərk edirlər, — deyə Zoqrabyan bildirib.

«Odur ki, baş verənlər mühacirət artmasına gətirib çıxaracaq, bu, birmənalıdır», — «Tsarukyan» blokundan olan deputat belə deyıb.

Xatırladaq ki, 2018-ci il üçün dövlət büdcəsin kəsiri 4% təşkil edəcək, inflyasiya fonunda isə əmək haqlarının, pensiya və müavinətlərin artırılması planlaşdırılmır.