05.01. 2018/05:15; Alimlər kolbasa və sosiskanın təhlükəsi barədə xəbərdarlıq edir

Alimlər kolbasa və sosiskanın təhlükəsi barədə xəbərdarlıq edir

Alimlər müəyyən etmişlər ki, emal edilmiş ətdən istifadə bədxassəli şişlərin yaranma risqini artırır. Ria Novostiyə istinadən Vesti.Az-ın yaydığı xəbərə görə, müvafiq məlumatlar European Journal of Cancer jurnalında dərc edilmişdir.

Qlazqo Universitetinin mütəxəssisləri 260 min orta yaşlı qadınların iştirak etdiyi təcrübə üzərində araşdırma aparmışlar. Məlum olub ki, hətta gün ərzində doqquz qram emal edilmiş ət məhsullarından istifadə edilməsi süd vəziləri xərçənginin inkişaf ehtimalını15 faiz artırır. Bu həftədə üç dilim bekona və ya iki sosiskaya bətabərdir.

Bildirilir ki, təhlükəni məhz emal edilmiş ət məhsulları törədir.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri müəyyənləşdiriblər ki, gündə emal edilən 50 qram ət məhsilundan istifadə kolorektal şişlərin yaranma ehtimalını 18 faiz artırır.