16.12. 2017/08:08; Erməni tarixçisi: «Tarixi saxtalaşdırmaq Ermənistanın əsas və yeganə düşmənidir » video

Erməni tarixçisi: «Tarixi saxtalaşdırmaq Ermənistanın əsas və yeganə düşmənidir » video

Sosial şəbəkələrdə ictimai xadim, tarixçi və bloqer Ekozyans Filipp Vartanoviçin «Türklər — Ermənilər. Problemin mahiyyəti» adlı videomüraciəti yayılıb. 1news.az-ın yaydığı məlumata görə, tarixçi öz müraciətində Ermənistanın tarixinin saxtalaşdırılması, Osmanlı imperiyası ərazisində vəhşiliklərin törədilməsində ermənilərin iştirakı, ermənilərin fantastik dərəcədə qədim, mötəbər tarixə malik olması və tarixi həqiqətləri inkar etməsi barədə informasiyanın yayılması barədə danışmışdır.

Onun sözlərinə görə, türklər və ermənilər 400 il ərzində bir dövlətin, bir ailənin, Osmanlı imperiyasının bir hissəsi üzvləri olmuşlar. «Osmanlı imperiyasında erməni xalqının sadiq bir xalq adlandırırdılar və görünür biz bu ada layiq idik. 9-cu əsrin ortalarında britaniyalılar və avropalılar bizim həyatımıza sürətlə müdaxilə etdikdən sonra bütün hər bir şey dəyişdi», — o belə deyir.
O bildirib ki, britaniyalılar avropalılar arxeoloji ekspedisiyalar şəklində bu ərazilərə öz «desant» birləşmələrini çıxartmış və Osmanlı imperiyası ərazisində çoxlu sayda tarixi saxtalaşdırmalar yaratmışlar.
«Onların saxtalaşdırmalar arasında qədim erməni dövləti də olub. Ermənilərin bir hissəsi — bunlar əsasən, masonlar, daşnaklar və müxalifətçi ziyalıları olub — saxtalaşdırılmış tarixi keçmişi real lıq kimi qəbul edərək, Osmanlı imperiyasından ayrılmağı qarşısına məqsəd qoyub və «Böyük Ermənistan» adlı uydurma bədii təfəkkür reallığı yaratmışlar», — tarixçi belə deyib.
Ekozyans göstərir ki, bütün bunların nəticəsində ermənilər öz yurdundan yurdundan didərgin düşərək tam təcrid olundular və türk xalqından ayrı düşdülər.
«Bu gün türklər və ermənilər müxtəlif dövlətlərdə yaşayırlar, ünsiyyət heçə endirilib, bütün əlaqələri — insani, mənəvi, mədəni, iqtisadi əlaqələr pozulub. Biz, ermənilər, hələ də britaniya nağıllarına inanırıq, hər yerdə fantastik qədimliymizi tirajlayıb onu öyrənirik . Bu zaman tarixin dürüstlüyünə məhəl qoymuruq. Və ya, mənim bir dəfə dediyim kimi, biz bütün xalqların təfəkkürünə virtual reallıq kimi,köçürük», — o belə qeyd edib.
Tarixçi əminliklə bildirib ki, 20-cu əsrin ortalarında məhz avropalılar «soyqırım» sözünü tələm-tələsik icad edblər.
«Onlar Birinci dünya müharibəsi hadisəsini arxa plana çəkərək, bu sözü,Osmanlı imperiyası ərazisində «soyqırımı» anlayışı adı altında beynəlxalq hüquq termininə çevirmişlər. Bu işdə — bu yeni yurikdiksiyanın-hüquqi terminin yaranmasında Türkiyədə artıq 1919-cu ildə məhkəmə prosesi nəticəsində Osmanlı imperiyasının şərqində.mülki əhali faciəsinin günahkarlarının mühakimə olunması prosesinin reanimasiyası onların «köməyinə» gəlmişdir», — o, videomüraciətində belə deyir.
Tarixçi qeyd edir ki, bu azmış kimi ermənilər Türkiyədən böyük ərazilərin özgəninkiləşdirilməsi və kosmik təzminatlar tələb etməyə başlamışlar.

«Bundan sonra avropalılar bu kədərli tarixə yeni-yeni dövlətləri cəlb edərək ermənilərin «soyqırımının» beynəlxalq aləmdə tanınması prosesini işə saldılar», — tarixçi belə deyir.
Tarixçi həmçinin bildirir ki, əslində Osmanlı imperiyasının bütün xalqlarına qarşı və Osmanlı imperiyasının bir dövlət kimi özünə qarşı böyük vəhşilik törədilib.
«Təəssüf ki, erməni xalqının nümayəndələri bu böyük cinayətdə çox fəal iştirak etmişlər», — o, videomüraciətində belə qeyd edir.
Tarixçi erməni tərəfini özünü eşitməkdən əl çəkib digər tərəfi də dinləməyə başlamağa çağırır.
«Əslində bizim problemlərin hamısının kökündə Avropa kuklavodlarının (kuklaoynadanlarının) bizə zorla qəbul etdirilmiş tarixi saxtalaşdırması durur. Saxta tarix — bu Ermənistanın yeganə və əsas düşmənidir ki, buna qalib gəlmək lazımdır», — o belə vurğulayır.
Qeyd etmək lazımdır ki, tarixçinin bu videomüraciəti erməni sosial şəbəkə istifadəçiləri tərəfindən hiddət və qəzəblə qarşılanmışdır.