03.12. 2017/09:11; Almaniyalı hüquqşünas: «Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi tam cəfəngiyyatdır»

Almaniyalı hüquqşünas: «Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi məsələsi tam cəfəngiyyatdır»

«Vestnik Kafqaza» nəşrinin avropa bürosunun verdiyi məlumata görə, beynəlxalq hüquq üzrə Bohum Universitetinin professoru Hayns Yoahim Hayntse Berlində Almaniya-Azərbaycan diplomatik münasibətlərin 2 5illiyinə həsr olunmuş simpoziumda ermənistan-azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərini şərh edib.

«Əvvəla Dağlıq Qarabağda yaşayan insanların öz müqəddəratını təyin etməsi hüququnun təsdiq edilməsi barədə məlumat yanlışdır. Bu tamamilə absurddur, çünki bu hüquq hər hansə bir xalqa şamil edilir, amma Qarabağda yaşayan 100-150 min insan ümumiyyətlə heç bir xalq deyil», — professor belə bildirib. Hayntsenin fikrincə, bununla bərabər » xalqların arasında öz müqəddəratını təyinetmə hüququ və ərazi bütövlüyü prinsiplərində hansısa ziddiyyətlərin olması» barədə danışmaq belə düzgün detil . İspaniyada baş verən son hadisələr bunun bariz nümunəsidir.

«Əlbəttə, qərb cəmiyyəti heç də ideal deyil, amma onlar öz demokratik qurumları çərçivəsində, belə münaqişələri həll etmək üçün digər modellər təklif edə bilər. Kataloniya məsələsini necə həlli etmək olar? Əlbəttə ki, bu zaman təkmilləşdirilmiş muxtariyyətdən həm mərkəzi hökumət, həm də bölgə sakinləri razı qalmalıdırlar, «, — Bohum universitetinin professoru belə bildirib.

Eyni zamanda, professor Hayntse Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində o, öz passiv mövqedə dayanmaqla  hüquqi dövlət prinsipinin pozulmasına görə Qərbi qınamışdır. «Hüquqi dövlətçilik prinsipi dedikdə nəticə etibarilə qərarların qəbul olunması  nəzərdə tutulur.  Və bu qərarın 20, 30 və ya 50 ilədək kənara qoyula bilməz. Biz bu  münaqişənin həlli üzərində çox işləməliyik, çünki hamı etiraf edir ki, o hər an partlaya bilər. Beynəlxalq ictimaiyyət bu vəziyyəti  qəbul etməməlidir və Qərb bu problemin həllini gücləndirilməlidir», — beynəlxalq hüquq üzrə məşhur almaniyalı ekspert belə vurğulayıb.