28.11. 2017/20:26; Erməni tarixçisi: «Qarabağ Azərbaycanın ayrılmaz və unikal hissəsidir»

Erməni tarixçisi: «Qarabağ Azərbaycanın ayrılmaz və unikal hissəsidir»

«Bizi, qarabağ ermənilərini, qarabağ azərbaycanlılarıdan dilmiz və dinimiz fərqləndirir».
APA-nın verdiyi məlumata görə bu barədə «Etnomədəniyyət müxtəlifliyi multikulturalizminin Azərbaycan modeli» Beynəlxalq konfransında Ermənistan ilə Azərbaycan arasında sülh Platformasını nidarə heyətinin üzvü, tarixçi alim Artur Ağacanov bildirib.

O demişdir ki, qarabağ ermənilərinin dilində15 faizdən çox sözlər — azərbaycan və türk sözləridir: «Lakin zahiri görünüşümüz,xarakterimiz, psixologiyamız bizi birləşdirir. Xalqlarımızın nümayəndələri arasında qarışıq nikahlar olub..Bakı və Qarabağ ermənilərin çoxu mənim kimi, azərbaycanlılarla xoş münasibətləri yaxşı xatırlayırlar. Azərbaycan xalqı öz tolerantlığı və başqa xalqlara həmişə hörmətlə yanaşmağı ilə tanınıb.Dünyanın Xalqlarımız arasında sülhün inkişafı üçün zəruri olan mehriban qonşuluq münasibətləri bizdə həmişə olub. Bu təcrübə Azərbaycanın nadir və ayrılmaz hissəsi olan Qarabağda, sülhün və əmin-amanlığın bərpası üçün istifadə oluna bilər».