26.11. 2017/21:14; Lavrov: «BMT TŞ-nin Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı qətnaməsi müzakirə olunur»

Lavrov: «BMT TŞ-nin Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı qətnaməsi müzakirə olunur»

«BMT TŞ-nin Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı qətnaməsi müzakirə olunur. Bu sənədlərdə bir sıra paraqrafları heç vaxt şübhə doğurmayıb. . Amma müəyyən səylər tələb edən bəzi məsələlər var».

APA-nın məlumatına görə, bu barədə Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşdən sonra Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Lavrov qeyd edib ki, Minsk qrupu yaradıldıqdan sonra o, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinə dair danışıqlarla məşğul olmağa başlayıb.

«Bu danışıqlar çərçivəsində münaqişə sülh yolu ilə həll edilməlidir», — rusiyalı nazir belə deyib.