17.11. 2017/08:34; Noyabrın 22-da Soçidə Putin, Ərdoğan və Ruhani Suriya məsələsini müzakirə edəcəklər

Noyabrın 22-da Soçidə Putin, Ərdoğan və Ruhani Suriya məsələsini müzakirə edəcəklər

Noyabrın 22-də Soçidə Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq,- Kremlin mətbuat xidmətindən belə məlumat verilib.

Tərəflər Suriyadakı böhranın nizamlanması məsələsi ətrafında fikir mübadiləsi aparacaqlar.

«Terrorçuluqla mübarizədə əldə edilən uğurlar və Suriyada zorakılığın nəzərəçarpacaq dərəcədə azalması fonunda bu ölkədə vəziyyətin uzunmüddətli normallaşmasının təmin edilməsi üzrə gələcək addımları müzakirə etmək planlaşdırılır «, — Kremlin saytında yerləşdirilmiş məlumatda belə deyilir.