12.11. 2017/20:58; Deputatlar Tereza Meyə etimadsızlıq ifadə ediblər

Deputatlar Tereza Meyə etimadsızlıq ifadə ediblər

Deputatlar Tereza Meyə etimadsızlıq ifadə ediblər.  Britaniya parlamentinin 40-dan artıq deputatı Böyük Britaniyanın baş naziri Tereza Meyə etimadsızlıq barədə məktuba imza atıb — bazar günü The Times nəşri bu haqda məlumat yazıb.

Bundan əvvəl Avropa Birliyi tərəfindən danışıq aparanlar Böyük Britaniyanın birliyin tərkibindən çıxması haqqında qanuna razılıq verəcəyi halda, onu mart ayına qədər ticarət haqqında danışıqları bloklamaqla hədələmişlər.

İndi Mey çətin günlərini yaşayır və üç cəbhədə mübarizə aparmaq məcburiyyətindədir. Əvvəllər onun kabinetinin iki naziri istefaya getməyə məcbur olmuşlar. Daha iki nazir Demien Qrin və Boris Conson ciddi təzyiqə məruz qalmışlar və öz postlarını tərk edə bilərlər.

Bundan əvvəl gözlənilirdi ki, Avropa Birliyi ilə danışıqlar dekabrda başa çatmalıdır.