26.10. 2017/12:30; Azərbaycanın D-8-lərə qatılması müsbət addım ola bilər– pakistanlı ekspert

Azərbaycanın D-8-lərə qatılması müsbət addım ola bilər– pakistanlı ekspert

Oktyabrın 20-də İstanbulda səkkizlərin «İnkişaf etməkdə olan ölkələrin iqtisadi əməkdaşlıq təşkilatının (D-8) əməkdaşlıq yolu ilə imkanlarının genişləndirilməsi devizi altında» IX zirvə görüşü keçirilmişdir

D-8 1997-ci il iyun ayının 15-də Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriyanın iştirakı ilə yaradılıb. D-8 ölkələri zəngin təbii və insan resurslarına malikdir,  dünyanın gənc əhalisinin təxminən 15 faizi bu ölkələrdə yaşayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev zirvə görüşündə xüsusi qonaq kimi iştirak etmişdir.

Azərbaycanın səkkiz inkişaf etməkdə olan ölkələrin iqtisadi əməkdaşlıq təşkilatına — D-8 -liyə üzv olması, təşkilata üzv ölkələrin əməkdaşlığının möhkəmlənməsinə kömək edə bilər, — Trendin verdiyi məlumata görə bu barədə pakistanlı ekspert və politoloq Malik Əyyub Sumbal bildirib.

«Azərbaycan D-8-ə üzvlüyə layiqdir, belə ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və hətta neftin qiymətinin düşməsi şəraitində ölkə sabit iqtisadiyyata malikdir. Mən Azərbaycanın D-8-liyə üzv qəbul olunmasında heç bir problem görmürəm», — politoloq belə bildirib.

Pakistanlı ekspert hesab edir ki, Azərbaycan əlbəttə ki, bu təşkilata üzv qəbul ola bilər və bu müsbət addımdır.

«Mən əminəm ki, Azərbaycanın D-8-liyə üzv olması təşkilata üzv olan ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsinə daha çox kömək edə bilər», — deyə Sumbal bildirib.