25.10. 2017/15:57; ABŞ: Ermənistana Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır

ABŞ: Ermənistana Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır

Ermənistana Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək lazım gələcək. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils «Amerikanın Səsinin» erməni redaksiyasına müsahibəsində  bildirib.

«ABŞ-da biz başa düşürük ki, Ermənistanın Rusiya ilə münasibətləri yaxşı və davamlı olmalıdır. Bunun tarixi səbəbləri var. ABŞ, Rusiya və Avropa ilə müsbət əməkdaşlıq Ermənistanın marağındadır. ABŞ ilə yaxşı münasibətlər isə Rusiya ilə səmərəli əməkdaşlığı istisna etmir», Mils belə bildirib.

Səfir həmçinin qeyd edib ki, Ermənistana Gürcüstan və Türkiyə ilə  münasibətlərini yaxşılaşdırmaq lazımdır.

«Açığını deyim ki,, hansısa məqamda ona Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazım gələcək. Mən istərdim ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etsin, çünki milli təhlükəsizlik, korrupsiya, demokratiyanın səviyyəsi kimi bir çox digər məsələlər bundan asılıdır»,  Riçard Mils belə bildirib.