20.10. 2017/23:16; İtaliya və Azərbaycan şirkətləri turizm sahəsində birgə fəaliyyəti genişləndirirlər

İtaliya və Azərbaycan şirkətləri turizm sahəsində birgə fəaliyyəti genişləndirirlər

Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş məlumat turu çərçivəsində оktyabrın 19-u İtaliyadan olan turoperatorlar və yerli turizm şirkətləri arasında tanışlıq və əməkdaşlığın qurulması məqsədilə Absheron JW Marriott otelində görüş keçirilib.

Tədbirdə Azərbaycanın turizm imkanları təqdim edilib, Milli Turizm Təbliğat Bürosu tərəfindən görülən işlər haqqında məlumat verilb, turizm sahəsində üçtərəfli əməkdaşlığın potensialı haqqında müzakirələr aparılıb.

Tədbirin yekununda 22 şirkət arasında ilkin anlaşmalar əldə edilib, gələcək əməkdaşlığın konturları müəyyən edilib.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi, Kənan Quluzadə