20.10. 2017/13:03; Separatçı Dağlıq Qarabağ rejiminin sponsorlarından biri dünyasını dəyişib

Separatçı Dağlıq Qarabağ rejiminin sponsorlarından biri dünyasını dəyişib

Dağlıq Qarabağın separatçı rejiminin əsas fiqurlardan və sponsorlarından biri kimi tanınan, erməni iş adamı Levon Ayrapetyan 68 yaşında dünyasını dəyişib.

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı onun ailəsi təsdiqləyib. Levon Ayrapetyan Moskvada dəfn olunacaq.

Qeyd edək ki, o, 2014-ci ildə 700 min dollarlıq dələduzluqda ittiham olunaraq cinayət işi üzrə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Sonra səhhəti ilə əlaqədar olaraq o, ev dustağına buraxılıb.

Ayrapetyan dünyada olan erməni diasporunun ən varlı nümayəndəsi kimi lbirinci onluğuna daxil şəxslərindən idi.