18.10. 2017/06:09 Azərbaycan Türkiyə iqtisadiyyatının üçüncü ən iri investoru oldu

Azərbaycan Türkiyə iqtisadiyyatının üçüncü ən iri investoru oldu

Azərbaycan Türkiyə iqtisadiyyatının üçüncü ən iri investoru oldu. 2017-ci ilin ilk 8 ayında Türkiyə iqtisadiyyatına qoyulan Azərbaycan investisiyaları 355 mln. dollar təşkil edib.

Ümumiyyətlə, həmin dövr ərzində Türkiyə iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların həcmi 4,851 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28,8% çoxdur.
Anadolu agentliyinin verdiyi xəbərə görə, Türkiyə iqtisadiyyatına qoyulan investisiyaların 79% -i və ya 3,830 mlrd. dollar avropa ölkələrinin payına düşüb. Bu zaman Niderland ən iri investor olub. Niderlandın 2017-ci ilin yanvar-avqust aylarında Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşları 1,501 mlrd. dollar təşkil edib.
İkinci pillədə 1,046 mlrd. dollar sərmayə ilə İspaniya durur. Dördüncü yerdə 308 mln. dollar ilə Avstriya dayanır. Belçika, Almaniya, Yaponiya, İngiltərə, Çin və ABŞ Türkiyə iqtisadiyyatına hər biri 100 mln. dollar yatırıb.
Nəşr yazır ki, ən iri investorlar siyahısında Rusiyanın adı yoxdur. Bununla yanaşı, 2016-ci ilin ilk 8 ayı ərzində Rusiya investisiyalarının həcmi 259 mln. dollar təşkil edib.