12.10. 2017/20:41; ABŞ YUNESKO üzvlüyündən çıxdığını elan etdi

ABŞ YUNESKO üzvlüyündən çıxdığını elan etdi

ABŞ təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatından çıxdığını elan edib. Dövlət Departamentin mətbuat xidmətinin rəhbəri Xezer Наuert vurğulayıb ki, qərar 31 dekabr 2018-cü ildə qüvvəyə minəcək.


«2017-ci il oktyabrın 12-də Dövlət Departamenti YUNESKO-nun baş direktoru Xanım İrina Bokovanı ABŞ-ın təşkilatdan çıxmaq və təşkilatın nəzdində daimi müşahidəçi missiyası yaratması niyyəti barədə xəbərdar etmişdir «, — bəyanatda belə deyilir. Наuertin sözlərinə görə, «belə bir qərar qəbul etmək çətin olmuşdur» və o, YUNESKO-nun artan borcu ilə bağlı ABŞ-ın narahatlığnıı, «təşkilatda köklü islahatların aparılması zərurətini və antiisrail əhval-ruhiyyəsinin davam etməsini əks etdirir».

2011-ci ildə Fələstinin YUNESKO-ya tamhüquqlu üzv qismində qəbul edildikdən sonra Vaşinqton onu maliyyələşdirməkdən imtina edib. İsrail da ABŞ — dan nümunə götürdükdən sonra , təşkilat öz büdcəsinin 22%-ni itirmişdir.