10.10. 2017/16:31; İranın ali lideri 5 yaşlı oğlana Azərbaycan dilində müraciət edib (video)

 İranın ali lideri 5 yaşlı oğlana Azərbaycan dilində müraciət edib (video)

Sosial şəbəkədə İranın Ali lideri Əli Xamenei beş yaşında bir oğlan ilə söhbəti zamanı  ona Azərbaycan dilində müraciət etməsi barədə video yayılıb, -Azərbaycan KİV-ləri bu barədə məlumat verib.

Videoda uşaq nəsə təsvir olunduğu vərəqi Əli Xameneiyə göstərir. Ayətullah kağıza baxaraq oğlana fars dilində bir neçə sual verir və gözlənilmədən uşaqdan azərbaycan dilində soruşur: «Maşallah. Sən türksən, ya farssan? »

Uşağın anası cavab verir ki, o, türkdür, ancaq öz ana dilində danışa bilmir. O da əslən ayətullah kimi azərbaycanlıdır.

«Fars dilini küçədə də, məktəbdə də öyrədirlər. Siz türk dilini ona evdə öyrədin. Qoy hər iki dili bilsin»- deyə ayətullah bildirir.

Qeyd edək ki, İranın Ali lideri ayətullah Əli Xamneyi etnik azərbaycanlıdır.