09.10. 2017/21:45; Çavuşoğlu: Rusiya С-400- ü Türkiyə ilə birgə istehsal etməkdən imtina edərsə onun alınmasından imtina edilə bilər

Çavuşoğlu: Rusiya С-400- ü Türkiyə ilə birgə istehsal etməkdən imtina edərsə onun alınmasından imtina edilə bilər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, əgər С-400 zenit raket sistemlərinin (ZRS) birgə istehsalı barədə sazişə nail olunmazsa, o zaman Ankara Moskvadan həmin raketləri almaqdan imtina edə bilər, .

«Biz bu mövzu ilə bağlı heç bir rəsmi imtina cavabı almamışıq.Rusiya Prezidenti Vladimir Putin özü bizə dedi ki, biz birgə istehsal barədə birgə addımlar ata bilərik. Ona görə də texnologiya aktual olacaq. Lakin əgər Rusiya buna mənfi yanaşırsa, onda biz digər ölkə ilə saziş bağlaya bilərik»- Aksam qəzetinə verdiyi müsahibəsində nazirin dediyi sözləri TASS agentliyi sitat gətirir.

Bundan başqa, Çavuşoğlu qeyd edib ki, Ankaranın С-400 raketlərinin alınmasına təcili olaraq ehtiyacı var. «Bizə öz hava məkanımızı qorumaq lazımdır. Lakin əgər Rusiya əleyhinə köklənən ölkələr bizim ondan С-400 raketlərini almağımızı istəmirlərsə, onda onlar bizə öz variantını təqdim etməlidir», — o belə vurğulayıb.