04.10. 2017/07:01; Azərbaycan və Aİ aviasiya sazişini müzakirə edəcəklər

Azərbaycan və Aİ aviasiya sazişini müzakirə edəcəklər

Bu ay Azərbaycan və Avropa ittifaqı arasında aviasiya üzrə danışıqlar keçiriləcək. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev belə bir bəyanat verərək bildirib ki, sazişin imzalanması oktyabrın 23-24-nə planlaşdırılıb.

Xatırladaq ki, cari ilin iyul ayının əvvəlində Brüsseldə Aİ ölkələri ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında müqavilənin bağlanması üzrə danışıqların ikinci mərhələsi aparılıb. Görüşdə hər iki tərəf müvafiq müqavilələr imzalamağa hazır olduqlarını bildiriblər. Azərbaycan tərəfinin irad və təklifləri müzakirə edilmiş, həmçinin bir sıra məsələlərə aydınlıq gətirilmişdir. Görüşün nəticələrinə dair protokol imzalanmış və Bakıda danışıqların üçüncü mərhələsinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur.

Azərbaycan paytaxtında keçiriləcək görüşdə müqavilənin son variantının hazırlanacağı, gözlənilir — Trend bu barədə xəbər verir.