20.09. 2017/05:29; Dünya Bankı Azərbaycanda məcburi köçkünləri dəstəkləmək üçün 170 milyon dollar göndərdi

Dünya Bankı Azərbaycanda məcburi köçkünləri dəstəkləmək üçün 170 milyon dollar göndərdi

Azərbaycanla əməkdaşlığın başlamasından bəri  Dünya Bankı (DB) ölkədə məcburi köçkün və qaçqınlarla bağlı layihələrə 170 milyon dollar göndərdi. Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın 25 illiyi şərəfinə keçirilən tədbirdə belə bildirib.

Əməkdaşlıq illərində Bakı, Dünya Bankının qeyri-peşəkar işçiləri ilə heç bir zaman qarşılaşmayıb, belə ki , bütün missiyalarda mütəxəssislər və öz işinin əsil peşəkarları işləmişlər.

«Biz Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığımız kimi,  Dünya  Bankı da  əsası ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan  və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən  qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin  yaxşılaşdırılması sisteminin İdarə olunmasında  istifadə edə bilər», — Əli Həsənov belə deyib.

Baş nazir müavini, gələcəkdə Dünya Bankının bu mexanizmləridən digər ölkələrdə də  istifadə edə biləcəyini ifadə edib.