07.09. 2017/10:32; “Kəpəz” – “İnter” oyununun yeri dəyişib

“Kəpəz” – “İnter” oyununun yeri dəyişib

“Kəpəz” PFK Peşəkar Futbol Liqasına müraciət edərək ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib.

Müraciətdə IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınması xahiş edilib.

Bütün bunları və «İnter»in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası Premyer Liqanın IV turunun «Kəpəz» — «İnter» matçının sentyabrın 9-da «İnter Arena»da keçirilməsi barədə qərar qəbul edib. IV turda meydan sahibi «İnter» klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi «Kəpəz» klubu təsdiq edilib.