03.09. 2017/15:01; Ermənistan iqtisadiyyatına yatırımlar azalır

Ermənistan iqtisadiyyatına yatırımlar azalır

Hələlik Ermənistan hökumətinin vətəndaşlara iqtisadiyyata qoyulacaq 3,2 mlrd. $ investisiyadan bu il yalnız 800 mln. dollar vəd verməsinə baxmayaraq, rəsmi statistika Ermənistan iqtisadiyyatına maliyyə yatırımlarının durmadan azalmasını qeyd edir.

«Jохоvurd» («Xalqı») nəşri ölkənin Milli statistika xidmətinə istinadən bildirir ki, 2017-cu ilin birinci yarısının yekunları üzrə ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi 17,2 mlrd. dram (təxminən 35,9 mln $ ) təşkil edib. Bununla belə, ötənilki analoji göstərici 18,4 mlrd. dram (38,4 milyon $ ) təşkil edib. , Beləliklə, tənəzzül 2,5 mln. $ bərabər olub.

» Və bütün bunların hamısı təkcə bu il ölkə iqtisadiyyatına əlavə 800 mln. dollar cəlb edilməsinə vədlər verilməsi fonunda baş verir. O da maraqlıdır ki, Ermənistanın əsas iqtisadi tərəfdaşları bu müddət ərzində yeni investisiyalar həyata keçirməmiş və əksinə öz kapitalarlını ölkədən çıxarmaqda davam etmişlər.

Belə ki, təkcə Rusiya bu ilin birinci yarısında Ermənistandan 12,2 mln. $ çıxarıb», — qəzet belə yazır.