30.08. 2017/07:50; Böyük Britaniyanın Bakıdakı səfirliyi » Çelsi»- «Qarabağ» matçına baxmaq üçün viza almaq istəyənlərə əlavə günlər təyin edib

Böyük Britaniyanın Bakıdakı səfirliyi » Çelsi»- «Qarabağ» matçına baxmaq üçün viza almaq istəyənlərə əlavə günlər təyin edib

Böyük Britaniyanın Bakıdakı səfirliyi «Çelsiyə» qarşı çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində «Qarabağ»la oyununu izləmək istəyənlərin viza alması üçün əlavə günlər təyin edib.

Reportun səfirlikdən verdiyi xəbərə görə , fanatlar bununla əlaqədar olaraq avqustun 29-dan 31-nə qədər viza şöbəsinə müraciət edə bilərlər. Vaxtında viza almaq üçün belə bir addım atılıb.

Qeyd edək ki, «Çelsi» — «Qarabağ» görüşü sentyabrın 12-də Londonun «Stemford Bric» stadionunda Bakı vaxtı ilə saat 22:45-da başlanacaq.